Ergenekon Partiyası yaradılır
20 oktyabr 2009 15:30 (UTC +04:00)

Ergenekon Partiyası yaradılır

Partiyanın gerbində nəsli kəsilməkdə olan Anadolu bəbiri əksini tapıb

İzmirli millət vəkili Tarcan Ülük Ergenekon Partiyası yaratmaq üçün fəaliyyətə başlayıb.
Lent.az-ın Türkiyənin “Vatan’ qəzetinə istinadən verdiyi məlumata görə, Tarcan Ülük bununla bağlı mətbuat konfransı keçirib.

O deyib ki, Ergenekon türklük bayramını ifadə edir və türk olmaqdan qürur duyanların partiyası olacaq. Tarcan Ülük bu partiyanın formalaşdırılaraq, qeydiyyatdan keçirilməsi prosesini 29 oktyabrda başa çatdırmağı planlaşdırdıqlarını və partiyanın mənəvi lideri kimi Atatürkü qəbul etdiklərini dilə gətirib.

Partiyanın gerbində nəsli kəsilməkdə olan Anadolu bəbiri əksini tapıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 425

Oxşar yazılar