Ərdoğan Azərbaycandan və bayraq məsələsindən danışdı
20 oktyabr 2009 15:00 (UTC +04:00)

Ərdoğan Azərbaycandan və bayraq məsələsindən danışdı

“Azərbaycan bayrağını Türkiyənin bayrağı kimi qəbul etmişik, bu gün də elədir”

Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan Türkiyə və Azərbaycan vətəndaşlarını təxribatlara uymamağa çağırıb.

Lent.az-ın “ensonhaber.com” saytına istinadən verdiyi məlumata görə, Rəcəb Tayyib Ərdoğan deyib ki, dedi-qodulara, iftiralara qulaq asmaq lazım deyil.

Baş nazir bildirib ki, Azərbaycan bayrağını Türkiyənin bayrağı kimi qəbul ediblər, Azərbaycan torpaqlarını Türkiyə torpaqları kimi əziz və müqəddəs sayıblar, bu gün də elədir: “Bu müraciətim azərbaycanlı qardaşlarımızadır. Bakıda yatan şəhidlərimiz bunun şanlı şahidləridir. Azərbaycanın maraqlarını Türkiyənin maraqlarından aşağı tutmadıq, tutmarıq. Kimsə Türkiyənin xoş niyyətli davranışını başqa cür yozmasın və Türkiyəni yoxlamağa çalışmasın”.

Rəcəb Tayyib Ərdoğan son zamanlar bu məsələ ilə bağlı fitnə-fəsad mərkəzlərinin çox yaxşı işlədiyini vurğulayıb: “7 illik hakimiyyətimiz dönəmində Azərbaycan-Türkiyə münasibətlərinin necə inkişaf etdiyi ortadadır. Bir Türkiyə-Ermənistan milli futbol oyununda FİFA-nın verdiyi bir qərar səbəbiylə bu qərarı yerinə yetirməyə çalışanları və təxribat törədənləri xalqımız yaxşı tanıyır. İnanıram ki, Azərbaycanda Şəhidlər Xiyabanında Türkiyə bayrağının çıxarılmasının nə anlama gəldiyini azərbaycanlı qardaşlarım çox yaxşı dəyərləndirəcəklər”.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 427

Oxşar yazılar