Sərkisyan Bursada Türkeşlə görüşüb
Ermənistan prezidenti onu görəndə gülümsəyib
Türkiyə-Ermənistan futbol qarşılaşmasını izləmək üçün Türkiyəyə gedən Ermənistan prezidenti Serj Sarkisyanın Bursada MHP-nin mərhum lideri Alparslan Türkeşin oğlu Toğrul Türkeşlə görüşdüyü ortaya çıxıb.
Lent.az xəbər verir ki, qarşılaşmada birinci hissə bitəndən sonra Türkiyə prezidenti Abdulla Gül Sarkisyanla birlikdə VİP salona keçib. 15 dəqiqəlik fasilə zamanı Gül oğul Türkeşi də salona dəvət edib. Türkiyə prezidenti Türkeşi “daha əvvəl danışdığımız mərhum Alparslan Türkeşin oğlu, o vaxtkı görüşlərin bir neçəsinə qatımışdı”, - deyə təqdim edib.
Görüşə 1993-cü ildə Ermənistan prezidenti olan Levon Ter-Petrosyanla Alparslan Türkeşin görüşünü təşkil edən Samson Özararat da qatılıb.
T.Türkeş “hürriyet”ə açıqlamasında “fasilədə çay içərkən Abdulla Gül bizi içəri dəvət etdi, həmin vaxt xarici işlər nazirləri Davudoğlu ilə Nalbandyan içəridən çıxırdı. Mən özümü müxalifətin təmsilçisi kimi təqdim etdim, MHP deməsəm də, Sarkisyan anladı və güldü. Partiyamla bağlı heç nə danışılmadı”, deyib.
Türkeş, həmçinin Ermənistanla Türkiyə arasında imzalanan protokolların əleyhinə olduğunu vurğulayıb.

556