Bu da erməni-türk iqtisadi əlaqəsi!
14 oktyabr 2009 17:39 (UTC +04:00)

Bu da erməni-türk iqtisadi əlaqəsi!

İki ölkə arasında iqtisadi əməkdaşlıq başladı

Türkiyə-Ermənistan futbol matçına baxmaq üçün bu ölkəyə gələn Ermənistan İşadamları Birliyini (UMBA) nümayəndə heyəti Türk Sənayeçiləri və İşadamları Dərnəyinin (TÜSİAD) mərkəzi binasını ziyarət edib. Lent.az-ın Türkiyə mediasına istinadən verdiyi xəbərə görə, bu barədə TÜSİAD-dan verilən yazılı açıqlamada bildirilib.

Məlumatda qeyd olunub ki, görüşdə tərəflər oktyabrın 10-u Sürixdə imzalanan protokollardan və iki ölkə arasındakı münasibətlərin normallaşma müddətilə bağlı konkret bir tarix açıqlanmasından doğan məmnuniyyət vurğulanıb.

Görüşdə iki ölkə arasında əlaqələrin qurulmasından dərhal sonra ikitərəfli iqtisadi əlaqələrin inkişaf etdirilməsi istiqamətində real addımların atılması müzakirə olunub.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 443

Oxşar yazılar