Türkiyə səfirliyi qarşısında daha bir etiraz aksiyası
14 oktyabr 2009 16:38 (UTC +04:00)

Türkiyə səfirliyi qarşısında daha bir etiraz aksiyası

Partiya sədri də daxil olmaqla 3 nəfər saxlanılıb

Bu gün Milli Demokrat (Boz Qurd) Partiyasının təmsilçiləri Türkiyənin Ermənistanla protokol imzalanmasına etiraz olaraq bu ölkənin Bakıdakı səfirliyi qarşısında etiraz aksiyası keçirib. Bu barədə Lent.az-a partiyadan məlumat verilib.

Aksiya iştirakçıları Türkiyə Böyük Millət Məclisini protokolları təsdiqləməməyə çağırıb.

Aksiyanın sonunda qətnamə oxunub.

Bundan sonra isə əraziyə nəzarət edən polis əməkdaşları aksiyanı dağıdıb. Etirazçılardan 3 nəfəri polis bölməsinə aparılıb. Bunlar partiya sədri Tufan Kərimli, onun müavinləri Eldar Tağızadə və Nurəddin Bozqurddur. N.Bozqurdun polisin fiziki təzyiqi ilə üzləşdiyi bildirilir.

Pərvin ABBASOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 412

Oxşar yazılar