Bursada Azərbaycan bayrağına qoyulan qadağa aradan qaldırıldı
Bununla birlikdə Türkiyə-Ermənistan qarşılaşmasına bilet satışı dayandırılıb
Bursada sabah keçiriləcək Türkiyə-Ermənistan futbol qarşılaşmasından əvvəl təhlükəsizlik tədbirləri xeyli gücləndirilib.
Lent.az-ın “internethaber”ə istinadən məlumatına görə, oyunun keçiriləcəyi stadionda qoyulan bəzi qadağalar ləğv edilib.
Bursa valiliyinin yaydığı açıqlamada bildirilir ki, bunların arasında stadiona Azərbaycan bayrağının keçirilməsi ilə bağlı gətirilən qadağa da var. Yəni tamaşaçılar meydançaya Azərbaycan bayrağı, şüarlar və plakatlar keçirə biləcəklər.
Yeri gəlmişkən, oyuna biletlərin satışı dayandırılıb. Yerlər boş olduğu halda oyuna bilet satılmır. Bilet satılan kassalar bağlıdır. Bununla etirazçıların stadiona girişinin qarşısını almaq istəyirlər. Biletlər müəyyən qruplara topdan verilir.

464