MHP-çilər yaxalarına Azərbaycan bayrağı taxdılar
13 oktyabr 2009 11:00 (UTC +04:00)

MHP-çilər yaxalarına Azərbaycan bayrağı taxdılar

“Bayraqla stadiona buraxmazlarsa, Azərbaycan milli komandasının formasını geyinib gedərəm”

Bu gün Türkiyədə MHP-nin qrup toplantısına partiya sədri Dövlət Baxçalı və millət vəkilləri yaxalarında Türkiyə və Azərbaycan bayraqlarının əksi olan döş nişanları ilə gəliblər.
Lent.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, millət vəkili Mehmet Şandır deyib ki, Azərbaycanla qardaşlığın önəmini vurğulamaq üçün belə döş nişanları taxıblar.
O, sabah Türkiyə və Ermənistan milli futbol komandaları arasında keçiriləcək görüşə hər kəsin bu döş nişanını taxaraq gəlməsini istəyib: “Türkiyə-Azərbaycan dostluğu hər şeydən önəmlidir”.
MHP-nin Kırıkkaledən seçilmiş millət vəkili Osman Durmuş da sabah keçiriləcək futbol maçına getməyi düşündüyünü söyləyib: “Azərbaycan bayrağıyla stadiona buraxmazlarsa, Azərbaycan milli futbol komandasının formasını geyinib gedərəm”.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 426

Oxşar yazılar