Ərdoğan Azərbaycana vəd verməyə davam edir
13 oktyabr 2009 10:30 (UTC +04:00)

Ərdoğan Azərbaycana vəd verməyə davam edir

“Azərbaycan və Ermənistan arasındakı problemin həlli istiqamətindəki irəliləyişlər nəzərə alınacaq”

Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan Türkiyə və Ermənistan xarici işlər nazirlərinin iki ölkənin sərhədlərin açılmasını, diplomatik əlaqələrin bərpasını nəzərdə tutan protokolların gələn həftə parlamentə göndəriləcəyini bildirib.
Lent.az-ın “haberturk.net” saytına istinadən verdiyi məlumata görə, baş nazir Azərbaycanı arxayın salmaq üçün yenə də dolaşıq ifadələr dilə gətirib.
Məsələn, Rəcəb Tayyib Ərdoğan deyib ki, protokolları parlamentdə təsdiqləmək üçün Azərbaycan və Ermənistan arasındakı problemin həlli istiqamətindəki irəliləyişlər nəzərə alınacaq: “Mən problemin həlli yolundakı əngəllərin aradan qaldırılmasının mümkün olduğuna inanıram. Konkret tarixlə əlaqələndirilən hansı məsələ var, Dövlət Bağçalı! Söhbət sənədlərin parlamentdə təsdiqindən sonrakı 2 aydan gedir. Parlamentin təsdiqi olmadan 2 ay məsələsi real olmaz”.
Baş nazir futbol oyununa baxmağa gələcək Ermənistan prezidenti Serj Sərkisyanı Türkiyədə qonaqpərvərliklə qarşılamağın da zəruri olduğunu xüsusi vurğulayıb: “Sərkisyanı türk qonaqpərvərliyinə yaraşan şəkildə qarşılayacağıq, qarşılamalıyıq”.
O, iki ölkə millisinin oyununun keçiriləcəyi Bursa şəhərinin sakinlərini də qonaqpərvərlik sərgiləməyə çağırıb: “Sizlərin təhriklərə boyun əyməyəcəyinizə inanıram”.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1244

Oxşar yazılar