Deputatlarımız etiraz üçün Türkiyəyə gedirlər
12 oktyabr 2009 19:42 (UTC +04:00)

Deputatlarımız etiraz üçün Türkiyəyə gedirlər

Milli Məclisin bir qrup deputatı Türkiyəyə səfərə gedir.

Bu barədə APA-ya Türkiyəyə səfər edəcək nümayəndə heyətinin üzvü Fəzail Ağamalı bildirib. Millət vəkili oktyabrın 13-də Türkiyəyə gedəcək nümayəndə heyətinin bu gün toplantı keçirdiyini deyib. Səfər bu həftənin sonunda başa çatacaq.

Onun sözlərinə görə, Türkiyəyə səfər zamanı Milli Məclisin üzvləri Türkiyə ilə Ermənistan arasında protokolların imzalanmasından sonra yaranmış situasiyaya uyğun olaraq keçirəcəkləri görüşlərdə öz narahatlıqlarını ifadə edəcəklər: “Biz həm iqtidar, həm də müxalifətdən olan şəxslərlə görüşüb bir daha bəyan edəcəyik ki, Qafqazda sülhün bərqərar olması Azərbaycanın ərazi bütövlüyündən keçir. Dağlıq Qarabağ problemi həll olunmadan protokolların Türkiyə Böyük Millət Məclisində ratifikasiya olunmasını düzgün hesab etmirik. Bu, nəinki problemi həll edəcək, əksinə münaqişənin nizamlanmasına mənfi təsir göstərəcək. Türkiyə hökumətinin rəhbərliyi ilə də görüşümüz gözlənilir”.

Nümayəndə heyətinə Səməd Seyidov, Nizami Cəfərov, Əli Hüseynov, Qüdrət Həsənquliyev, Rövşən Rzayev, Əkrəm Abdullayev, Asəf Hacıyev, Mübariz Qurbanlı, Qənirə Paşayeva, Gültəkin Hacıbəyli və Fəzail Ağamalı daxildir.
# 319

Oxşar yazılar