Səfirlik: Azərbaycan xalqı Türkiyəyə güvənsin
“Heç bir proses Türkiyə-Azərbaycan iş birliyindən önəmli deyil”
Türkiyənin Azərbaycandakı səfirliyi Türkiyə-Ermənistan arasında imzalanan protokollara dair Azərbaycan mətbuatında yer alan materiallarla bağlı açıqlama yayıb.
Səfirlikdən Lent.az-a daxil olan açıqlamada deyilir: “Türkiyə-Ermənistan əlaqələrinin normallaşdırılması istiqamətindən iki ölkə arasında sənəd imzalanandan sonra Azərbaycan mətbuatında Türkiyə-Ermənistan sərhədlərinin açılması ilə bağlı yanlış məlumatların yayıldığını təəssüflə izləyirik. Azərbaycan ictimaiyyətinin diqqətinə bəzi nüansları çatdırmaq istəyirik”.
Açıqlamada qeyd olunub ki, bütün dünya Türkiyənin Ermənistanla sərhədləri Azərbaycan torpaqlarının işğal olunmasına görə bağlayıb: “Baş nazirimiz də açıqlamalarında dəfələrlə bildirdiyi kimi, Türkiyə-Ermənistan sərhədlərinin Azərbaycanın işğal altındakı torpaqları boşaldılmayana qədər sərhədlərin açılmasının mümkün deyil. Xarici işlər nazirimizin dediyi kimi, heç bir proses Türkiyə-Azərbaycan iş birliyindən önəmli deyil. Sərhədin açılması üçün uzun bir prosesi keçmək lazımdır. Bu proses Dağlıq Qarabağ münaqişəsi və işğal edilmiş Azərbaycan torpaqlarına dair problemlərin həlli istiqamətində paralel getməlidir”.
Açıqlamada bildirilib ki, Türkiyə Cənubi Qafqazdakı problemlərə ümumi şəkildə yanaşır və bölgədə sülhün, sabitliyin, iş birliyi şəraitinin təmin olunmasına cəhd edir.
“Türkiyə ilə Azərbaycan arasındakı yaxınlığı nəzərə alan dünya ictimaiyyəti bilir ki, bütün sərhədlər eyni zamanda açılsa, Cənubi Qafqazda sülh və sabitlik təmin olunacaq. Qardaş Azərbaycan xalqının Türkiyəyə güvənməsini, yanlış və məqsədli xəbərlərə etibar etməməsini gözləyirik”, deyə açıqlamada qeyd olunub.

490