Azərbaycan və Ermənistan prezidentləri yenidən görüşəcəklər
09 oktyabr 2009 18:00 (UTC +04:00)

Azərbaycan və Ermənistan prezidentləri yenidən görüşəcəklər

Azərbaycan və Ermənistan prezidentlərinin Kişinyov görüşü konstruktiv keçib. APA-nın məlumatına görə, bu barədə ATƏT-in Minsk Qrupunun həmsədrləri görüşdən sonra jurnalistlərə açıqlamalarında bildiriblər.

Görüşü “çox ciddi və konstruktiv” hesab edən amerikalı həmsədr Robert Bratdke bildirib ki, danışıqlarda nizamlanma üzrə sənəd layihəsinə daxil ediləcək bəzi təkliflər qəbul olunub.

Diplomat onu da əlavə edib ki, prezidentlər müzakirələrin davam etdirilməsi üçün yaxın vaxtlarda yenidən görüşmək barədə razılığa gəliblər.

Rusiyalı həmsədr Yuri Merzlyakov da danışıqlarda ciddi və konstruktiv müzakirələrin olduğunu deyib. Tərəflərin mövqelərini yaxınlaşdırdığını diqqətə çatdıran diplomat ümumilikdə prezidentlər arasında qarşılıqlı anlaşma olmayan az məsələnin qaldığını vurğulayıb.
# 402

Oxşar yazılar