Prezidentlər ABŞ-ın Moldovadakı səfirliyində görüşəcəklər
08 oktyabr 2009 16:30 (UTC +04:00)

Prezidentlər ABŞ-ın Moldovadakı səfirliyində görüşəcəklər

Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşü bu gün ABŞ-ın Moldovadakı səfirliyində keçiriləcək.

APA-nın “Reuters”ə istinadən yaydığı məlumata görə, bu barədə Birləşmiş Ştatların Moldovadakı səfirliyindən məlumat verilib. Səfirliyin nümayəndəsi görüşün Bakı vaxtı ilə saat 20.00-da başlayacağını deyib. Səfirlikdən görüşlə bağlı əlavə şərh verməkdən imtina ediblər.

Xatırladaq ki, görüş MDB dövlət başçılarının Kişinyov sammiti çərçivəsində baş tutacaq.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 407

Oxşar yazılar