Medvedev, Putin və Lavrov Bakıya gələcək
Şeyxülislam Hacı Allahşükür Paşazadənin 60 illik yubileyində 20-yə yaxın ölkənin dövlət və hökumət rəhbərlərinin iştirakı gözlənilir
Noyabrın 6-7-də Bakıda Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, bütün Qafqazın şeyxi Hacı Allahşükür Paşazadənin 60 illik yubiley şərəfinə keçiriləcək tədbirdə Rusiyanın dövlət başçısı Medvedyev, baş nazir Putin və Moskva meri Lavrov da iştirak edəcək. Artıq Rusiya hökuməti bu şəxslərin yubiley tədbirinə qatılacaqlarını təsdiqləyib.
Lent.az-ın məlumatına görə, QMİ-nin sədr müavini Hacı Sabir Həsənli jurnalistlərə açıqlamasında belə deyib. Onun sözlərinə görə, yubiley tədbirlərində xarici ölkələrdən 18 nəfər yüksək vəzifəli dövlət və hökumət nümayəndələri, ictimai xadim iştirak edəcək. Bunların arasında Türkiyə prezidenti və baş nazir, Tacikistanın, Özbəkistanın dövlət başçıları, Dağıstan prezidenti, Roma Papası da var.
Hacı Sabir Həsənli deyib ki, artıq şeyxülislamın yubiley tədbirlərinə hazırlıq tədbirləri ciddi şəkildə həyata keçirilir. Belə ki, tədbirdə iştirak üçün xarici ölkələrin dövlət və hökumət rəhbərlərinə, din xadimlərinə, ictimaiyyətin nümayəndələrinə dəvətnamələr göndərilib. Artıq bəzi ölkələrdən tədbirdə iştirak barədə təsdiqləyici məktublar da gəlib.
Elxan SALAHOV

1093