Bakıdakı Mədəniyyət Mərkəzində “vəhhabi” qalmaqalı
Bakıda fəaliyyət göstərən Misir Mədəniyyət Mərkəzi M.Əlizadə-81 ünvanında yerləşən ofisindən çıxarılıb. Bu barədə Lent.az-a məlumat verən mənbənin bildirdiyinə görə, ofisdə Şimali Qafqazdan gələn, əsasən çeçen millətindən olan vəhhabilərlə bəzi ərəb respublikalarından olan vəhhabilər arasında görüşlər keçirilib. Həmin görüşlər vaxtı isə ərəblər Şimali Qafqazdakı müəyyən qruplaşmalara vəsait ayırmaq barədə danışıb, hətta pul vəsaitləri verilib də. Məsələdən xəbərdar olandan sonra işə Azərbaycanın bir neçə rəsmi qurumu, o cümlədən Xarici İşlər Nazirliyi (XİN) qarışıb. Misirin Azərbaycandakı səfirliyinə bu barədə şifahi, lakin ciddi şəkildə etiraz olduqdan sonra diplomatik “bir daha belə hallara yol verilməyəcəyinə dair” söz verib.
Həmin vaxt bu qalmaqallı məsələdən xəbər tutan M.Əlizadə-81 ünvanındakı ofisin sahibi Misir Mədəniyyət Mərkəzini buradan çıxarıb.
Misirin Azərbaycandakı səfirliyindən Lent.az-a Misir Mədəniyyət Mərkəzinin olduğu ofisin dəyişdirildiyi təsdiqlənib: “Misir Mədəniyyət Mərkəzi Hüseyn Arif-20 ünvanındakı binaya köçüb”. Lakin səfirlikdən bunu “yeni, daha rahat ofisə köçmək istəyilə” olduğu bildirilib. Səfirlikdən Azərbaycan XİN-dən Mərkəzlə bağlı hansısa xəbərdarlıq alınmaması qeyd olunub.
Misir Mədəniyyət Mərkəzinin ofisindən də ünvanı dəyişməklə bağlı xəbər təsdiqlənsə də, digər məlumatlar təkzib olunub: “Bakıdakı Misir Mədəniyyət Mərkəzi yalnız Misir və Azərbaycan dövlətləri arasındakı mədəni əlaqələrin gücləndirilməsinə səy göstərir”.
Azərbaycan XİN-dən məsələyə şərh almaq mümkün olmayıb.
Misir Mədəniyyət Mərkəzinin Bakıdakı ofisinin rəhbəri Adil Dərviş Misir Ərəb Respublikasının vətəndaşıdır.
Pərvin ABBASOV

Oxşar yazılar

Ermənistan ordusunun azərbaycanlılara işgəncə verməsini əks etdirən kadrlar nümayiş etdirildi
14 iyul 2025 , 21:11
Tramp Azərbaycan-Ermənistan münasibətlərindən danışdı
14 iyul 2025 , 19:39
Dünyanın ən yaşlı prezidenti ikinci müddətə namizəd olacaq: onun neçə yaşı var?
14 iyul 2025 , 19:15
Kamran Əliyevdən Masallı rayon prokuroru ilə bağlı ƏMR
14 iyul 2025 , 18:07
MEDİA-dan sosial şəbəkələrdə yayılan saxta məlumatla bağlı AÇIQLAMA
12 iyul 2025 , 19:52
Azərbaycan Suriyaya qaz verəcək
12 iyul 2025 , 15:34
İşğal zamanı əsirlikdə işgəncələrə məruz qalmış şəxslər ifadə verdilər
10 iyul 2025 , 22:45