“Azərbaycanlı və erməni icmalarının görüşü neytral ərazidə keçirilsin”
06 oktyabr 2009 11:00 (UTC +04:00)

“Azərbaycanlı və erməni icmalarının görüşü neytral ərazidə keçirilsin”

Fərhad Bədəlbəyli azərbaycanlı və erməni icmalarının görüşünün neytral ərazidə keçirilməsi təklifi ilə çıxış edib

“Dağlıq Qarabağın azərbaycanlı icması” İctimai Birliyi İdarə Heyətinin üzvü, xalq artisti Fərhad Bədəlbəyli azərbaycanlı və erməni icmalarının görüşünün neytral ərazidə keçirilməsini təklif edir.

APA-nın məlumatına görə, F.Bədəlbəyli erməni icması ilə görüşə hazır olduqlarını bildirsə də, bunun işğal altındakı Dağlıq Qarabağda keçirilməsini istəmir: “Biz Dağlıq Qarabağa gedəndə çox pis vəziyyətə düşürük. Orada nə evimiz, nə haqqımız var, ermənilər isə bizi ev sahibi kimi qarşılayırlar. Mən Dağlıq Qarabağda olmuşam, o hissləri keçirmişəm. İcmaların görüşü neytral ərazidə keçirilməlidir”.

İcma üzvü görüş yeri kimi Gürcüstanın məqsədəuyğun olduğunu da sözlərinə əlavə edib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 432

Oxşar yazılar