Nursultan Nazarbayev Azərbaycana gəlib
02 oktyabr 2009 13:30 (UTC +04:00)

Nursultan Nazarbayev Azərbaycana gəlib

Qazaxıstan prezidenti Nursultan Nazarbayev oktyabrın 2-də Azərbaycana rəsmi səfərə gəlib.

APA-nın məlumatına görə, Heydər Əliyev Beynəlxalq Hava Limanında Qazaxıstan dövlət başçısını baş nazirin birinci müavini Yaqub Eyyubov və digər rəsmi şəxslər qarşılayıblar.

Hava limanının ali qonaqlar üçün salonunda N. Nazarbayev və Y. Eyyubov arasında qısa protokol söhbəti olub.

Qeyd edək ki, səfər çərçivəsində iki ölkə arasında müxtəlif sahələri əhatə edən sənədlərin imzalanması nəzərdə tutulur. Qazaxıstan prezidenti türkdilli dövlət başçılarının oktyabrın 2-3-də Naxçıvanda keçiriləcək sammitində də iştirak edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 410

Oxşar yazılar