Davudoğlu Naxçıvana gəlir
02 oktyabr 2009 11:15 (UTC +04:00)

Davudoğlu Naxçıvana gəlir

Azərbaycanın yüksək səviyyəli rəsmi şəxsləriylə görüşlər keçiriləcək


Bu gün Naxçıvan Muxtar Respublikasında Türkdilli ölkələrin dövlət başçılarının IX Sammiti işinə başlayır. Sammitdə Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə prezidenti Abdulla Gül, Qazaxıstan prezidenti Nursultan Nazarbayev və Qırğızıstan prezidenti Kurmanbek Bakiyev iştirak edəcəklər.

Lent.az-ın Türkiyə Xarici İşlər Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, bu ölkənin xarici işlər naziri Əhməd Davudoğlu da bu gün axşam saatlarında Naxçıvana gələcək.

Əhməd Davudoğlunun Azərbaycanın yüksək səviyyəli rəsmi şəxsləriylə görüşlərinin keçirilməsi gözlənilir.

Qeyd edək ki, hazırda Türkiyənin xarici işlər naziri Brüsseldədir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 679

Oxşar yazılar