Baş prokuror: “Hər hansı qanuna dəyişiklik konkret vəzifəli şəxsə görə edilmir”
01 oktyabr 2009 13:00 (UTC +04:00)

Baş prokuror: “Hər hansı qanuna dəyişiklik konkret vəzifəli şəxsə görə edilmir”

“Azərbaycanda hər hansı qanuna, o cümlədən "Prokurorluq haqqında" qanuna dəyişiklik konkret vəzifəli şəxsə görə edilmir”.

Lent.az-ın məlumatına görə, bu barədə baş prokuror Zakir Qaralov jurnalistlərə açıqlamasında bildirib. Z.Qaralov deyib ki, “Prokurorluq haqqında" qanun 1999-cu ilin dekabrında qəbul edilib: “Bu dövr ərzində prokurorluğun nəzdində yeni-yeni qurumlar yaradılıb, struktur dəyişikliklər həyata keçirilib. Bundan sonra kimin baş prokuror olacağını prezident müəyyən edəcək”.

Baş prokuror "Prokurorluq haqqında" qanuna 22-dən artıq dəyişikliyin nəzərdə tutulduğunu deyib. Onun sözlərinə görə, bu dəyişikliklər prokurorluq sisteminin təkmilləşdirilməsinə yönəlib.

Fərid Əkbərov
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 406

Oxşar yazılar