2 DSK-nın adı dəyişdirildi
30 sentyabr 2009 17:45 (UTC +04:00)

2 DSK-nın adı dəyişdirildi

Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) iclası keçirilib.

Lent.az-ın məlumatına görə, əvvəlcə MSK-nın 24 avqust 2009-cu il iclas protokolu təsdiqlənib. Daha sonra 2 dairə seçki komissiyasının (DSK) adının dəyişdirilməsi məsələsinə baxılıb. Bundan sonra 3 saylı Babək-Kəngərli Dairə Seçki Komissiyası “3 saylı Babək-Kəngərli-Naxçıvan Dairə Seçki Komissiyası”, 78 saylı Lerik-Lənkəran Dairə Seçki Komissiyası isə “78 saylı Lerik Dairə Seçki Komissiyası” adlanacaq.

İclasda bəzi DSK üzvləri də dəyişdirilib.

Pərvin ABBASOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1264

Oxşar yazılar