Soydaşımızın Virciniya Məclisində təmsilçilik şansı artır
30 sentyabr 2009 10:30 (UTC +04:00)

Soydaşımızın Virciniya Məclisində təmsilçilik şansı artır

Bu gün Con Nəimi Əmirəliyevə yardım kampaniyası keçirilir


Respublikaçılar Partiyasının Virciniya ştatında dəstək verdiyi Azərbaycan əsilli Con Nəimi Əmirəliyevin (John N. Amiral) Virciniya şəhər Məclisində təmsil olunmaq şansı artır.
Lent.az-ın verdiyi məlumata görə, ABŞ ordusunda xidmət etmiş, hazırda istefada olan Con Nəimi Əmirəliyevin Virciniya şəhər Məclisinə seçilən ilk türk olması yönündə şansı yüksək olsa da, seçkini uda bilməsi üçün türk toplumunun maddi-mənəvi dəstəyinə ehtiyacı var.
Buna görə də bu gün Virciniya saatı ilə saat 18:30-21:00 arasında “Saltzman & Evinch”in təşkilatçılığı ilə Vaşinqtondakı Metropolitan Square Rooftop, 655 15th St. NW, Suite 225 ünvanında Con Nəimi Əmirəliyev üçün maddi-mənəvi yardım kampaniyası təşkil olunur.
Yardım kampaniyasında iştirak etmək üçün http://www.amiralfordelegate.com, http://www.facebook.com/pages/John-Amiral/95383364470 və http://twitter.com/amiralfordel saytlarına girərək Con Nəimi Əmirəliyevə dəstək vermək mümkündür.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 515

Oxşar yazılar