TürkPA-nın 1-ci plenar iclası başa çatdı
29 sentyabr 2009 16:45 (UTC +04:00)

TürkPA-nın 1-ci plenar iclası başa çatdı

Türkdilli Ölkələrin Parlament Assambleyasının (TürkPA) Bakıda keçirilən birinci plenar iclası başa çatıb.

APA-nın xəbərinə görə, iclasdan sonra brifinq keçirilib. Brifinqdə TürkPA-nın qəbul etdiyi Bakı Bəyannaməsi oxunub. Bundan sonra Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədov, Türkiyə Böyük Millət Məclisinin sədri Mehmet Əli Şahin, Qazaxıstan parlamenti Məclisinin sədri Oral Muhamedjanov və Qırğızıstan parlamentinin (Jokorqu Keneş) sədri Aytibay Taqayev qısa çıxışlar ediblər.

Spikerlər yeni yaradılan beynəlxalq təşkilatın uğurla fəaliyyət göstərəcəyinə inam ifadə edib, qurumun daha da möhkəmlənməsi üçün əllərindən gələni əsirgəməyəcəklərini, təşkilatın türk xalqları arasında əlaqələri gücləndirəcəyini bildiriblər. Parlament sədrləri TürkPA-nın gələcəkdə daha da genişlənməsini arzuladıqlarını söyləyiblər.

Qeyd edək ki, tədbirdə TürkPA-nın Nizamnaməsi, katibliyinin Əsasnaməsi qəbul olunub, büdcəsi müəyyənləşib, qurumun baş katibi və müavinləri seçilib, daha sonra birinci plenar iclasın yekun sənədi - Bakı Bəyannaməsi qəbul olunub.

Türkmənistan və Özbəkistan iclasa qatılmayıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 375

Oxşar yazılar