TürkPA Bakı Bəyannaməsini qəbul etdi
Türkdilli ölkələrin Parlament Assambleyasının (TürkPA) Azərbaycan paytaxtında keçirilən plenar iclasının yekunları əsasında Bakı Bəyannaməsi qəbul edilib.
APA-nın xəbərinə görə, Bəyannamədə bildirilir ki, Türkdilli ölkələrin Parlament Assambleyası
- 2008-ci il noyabrın 21-də Türkdilli ölkələrin Parlament Assambleyasının yaradılmasına dair İstanbulda imzalanmış müqaviləni müasir dünyanın çağırışları qarşısında bu ölkə xalqlarının səylərinin birləşdirilməsinə yönəlmiş önəmli tarixi olay kimi qiymətləndirərək
- Assambleya iştirakçılarının parlamentlərinin öz ölkələrinin həyatında oynadığı önəmli rolun dövlətlərin demokratik inkişafının ən vacib şərtlərindən biri olduğuna əsaslanaraq, eləcə də iştirakçı ölkələrin parlamentlərarası əməkdaşlığının yüksək səviyyədə olmasını və tarix, dil, mədəniyyət eyniliyini vurğulayaraq
- Parlament Assambleyasının müstəqillik, suverenlik, ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı, hüquqi bərabərlik, bir-birinin daxili işlərinə qarışmamaq, güc tətbiq etməmək, güc tətbiqindən, iqtisadi və digər təzyiq metodlarında imtina əsasında dövlətlərin siyasi və iqtisadi təhlükəsizliyinin möhkəmləndirilməsi prinsiplərinə əməl olunmasına töhfə verməsini, təbii ehtiyatlardan tam və məhsuldar istifadə etməklə xalqların rifah halının yüksəldilməsi və milli iqtisadiyyatların dinamik inkişafını arzulayaraq bəyan edir:
Türkdilli ölkələrin Parlament Assambleyası çərçivəsində əməkdaşlıq dövlətlərimizin siyasi, iqtisadi, mədəni və digər sahələrdə əməkdaşlığının dərinləşdirilməsi, xalqlarımızın daha da yaxınlaşdırılması yolunda önəmli vasitədir. Parlament Assambleyasının fəaliyyəti qardaş xalqlarımızın inkişafı naminə iştirakçı dövlətlərin tarix, dil, mədəniyyət birliyindən irəli gələn imkanlardan istifadə etməyə əsaslanır. Assambleya dövlətlərimizin bərabərhüquqlu və qarşılıqlı faydalı əməkdaşlığına yeni impuls verəcək. Assambleya parlamentlərarası əməkdaşlığın keyfiyyətcə yeni olan pilləsi – parlament diplomatiyasının köməyi ilə dövlətlər arasındakı siyasi dialoqun daha da inkişafına töhfə vermək, regional və qlobal təhlükəsizliyin qorunması məqsədi güdən müxtəlif təşəbbüslərin işlənməsi və həyata keçirilməsinə əlverişli siyasi mühit yaratmaq niyyətindədir.
Bəyannaməni Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədov, Türkiyə Böyük Millət Məclisinin sədri Mehmet Əli Şahin, Qazaxıstan parlamenti Məclisinin sədri Oral Muhamedjanov və Qırğızıstan parlamentinin (Jokorqu Keneş) sədri Aytibay Taqayev imzalayıb.

642