VHP 17 yaşında
25 sentyabr 2009 19:00 (UTC +04:00)

VHP 17 yaşında

Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) 17 yaşı tamam olur.

Lent.az-ın məlumatına görə, 17 il əvvəl - 1992-ci il sentyabrın 26-da bu partiyanın ilk təsis konfransı keçirilib.

1988-ci ildə başlayan Milli Azadlıq Hərəkatı istədiyi hədəfə – Azərbaycan Respublikasının müstəqilliyinə nail olduqdan sonra yeni dövlətin iqtisadi inkişafı, azad, demokratik cəmiyyətin yaradılması, şəffaf seçkilərə nail olmaq və beynəlxalq demokratik təsisatlara inteqrasiya zərurəti yarandı ki, bu da özlüyündə ölkənin rifahını müxtəlif ideyalarda görən şəxslərin ayrı-ayrı siyasi qurumlarda mübarizəsini şərtləndirirdi. Başqa sözlə desək, ayrı-ayrı siyasi dünya görüşünə malik olan insanlara Milli Azadlıq Hərəkatında yalnız bir ideya – Azərbaycanın müstəqilliyi ideyası birləşdirmişdi.

VHP hazırda özündə 78 rayon təşkilatını və 26 mindən artıq üzvü birləşdirir.

Hazırda VHP Siyasi Şurasında Sabir Rüstəmxanlı, Rafiq Manaflı, Fəzail İbrahimli, Samir Əsədli, İbrahim Quliyev, Elxan Mirzəyev, Əlövsət Əliyev, Nurəddin Mehdixanlı, Arif İsmayılbəyli, Yusif Salmansoy, Faiq Balabəyli, Şəmsəddin Mirzəxanlı və Nəsimi Şərəfxanlı təmsil olunurlar.

Partiyanın sədri millət vəkili, Azərbaycanın Xalq şairi Sabir Rüstəmxanlıdır.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 482

Oxşar yazılar