Azərbaycan Türkiyəyə nota verdi
Notada türkiyəli jurnalistlərin Azərbaycanın işğal olunmuş ərazilərinə səfəri ilə bağlı narahatlıq diqqətə çatdırılıb
Bu gün Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) tərəfindən Türkiyənin Bakıdakı səfirliyinə nota təqdim olunub.
XİN mətbuat katibi Elxan Poluxovun APA-ya verdiyi məlumata görə, notada bir müddət öncə Türkiyənin NTV kanalının jurnalistlərinin Azərbaycanın işğal olunmuş ərazilərinə səfəri ilə bağlı Azərbaycan tərəfinin narahatlığı çatdırılıb.
Notada türk jurnalistlərinin Azərbaycanın işğal olunmuş bölgəsində separatçı rejimin qondarma “Xarici İşlər Nazirliyi”ndə qeydiyyatdan keçməsinin Azərbaycanın kəskin etirazı ilə qarşılandığı bildirilib: “Türk jurnalistlərinin bu hərəkətləri Azərbaycan tərəfində dərin təəssüf hissi doğurub”. Notada, həmçinin Azərbaycan tərəfi Türkiyə tərəfindən vəziyyətə aydınlıq gətirilməsini və sözügedən qeydiyyatı ləğv etmək istiqamətdə müvafiq tədbirlərin görülməsini xahiş edib.

535