Baykaldan Avropa Birliyi ölkələrinin səfirlərinə birmənalı cavab
25 sentyabr 2009 10:45 (UTC +04:00)

Baykaldan Avropa Birliyi ölkələrinin səfirlərinə birmənalı cavab

“Azərbaycan yalnız Türkiyə deyil, Avropa Birliyi üçün də önəmli bir ölkədir”


İsveçin Ankaradakı səfirliyində Avropa Birliyi ölkələrinin səfirləriylə görüşən CHP sədri Dəniz Bakal Türkiyə-Ermənistan, Türkiyə-Avropa Birliyi münasibətləri ilə bağlı fikirlərini bölüşüb.

Lent.az-ın “Zaman” qəzetinə istinadən verdiyi məlumata görə, səfirlərin suallarına cavab olaraq Dəniz Baykal deyib ki, Türkiyə-Ermənistan sərhədləri Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarını azad etdikdən sonra açılmalıdır.

CHP sədri vurğulayıb ki, Azərbaycan yalnız Türkiyə deyil, Avropa Birliyi üçün də önəmli bir ölkədir.

Son 10 ildə Avropa Birliyinin tövsiyəsi ilə Türkiyədə aparılan islahatların ciddi nəticə vermədiyini, “Doğan Holdinq”in timsalında mətbuatın daha çox təzyiqlərə məruz qalığını söyləyən Dəniz Bakal Türkiyənin Avropa Birliyi ilə münasibətləri yenidən, sıfırdan başlamasını da zəruri sayır. Onun fikrincə, münasibətlərin qurulmasına yenidən başlanarsa, bir çox problemləri həll etmək olar.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 472

Oxşar yazılar