Erməni protokollarının parlamentə təqdim olunacağı tarix açıqlandı
24 sentyabr 2009 12:15 (UTC +04:00)

Erməni protokollarının parlamentə təqdim olunacağı tarix açıqlandı

Baş nazir Ermənistan prezidentini Türkiyəyə gəlməyə çağırdı

ABŞ-da Princeton Universitetində çıxış edən Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan Ermənistanla münasibətlərin normallaşdırılmasını, diplomatik əlaqələrin qurulmasını, sərhədlərin açılmasını nəzərdə tutan protokolların Böyük Millət Məclisinə təqdim olunacağı günü açıqlayıb.
Lent.az-ın Türkiyənin NTV telekanalına istinadən verdiyi məlumata görə, Rəcəb Tayyib Ərdoğan deyib ki, bu məsələdən daxili siyasətdə istifadə olunmasa, protokollar 10-11 oktyabrda parlamentə təqdim olunacaq.
Baş nazir Ermənistan prezidenti Serj Sərkisyana Türkiyədə keçiriləcək futbol yarışına gəlməsini də tövsiyə edib: “Prezident Abdulla Gül İrəvanda keçirilən Ermənistan və Türkiyə milli futbol komandalarının yarışına baxmaq üçün getdi. Serj Sərkisyanın da Türkiyəyə gəlməsi gərəkdir. “Bunu edin, sonra gəlim” demək beynəlxalq diplomatiyada köhnəlmiş metoddur”.

-
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 340

Oxşar yazılar