“Türkiyə heç bir şərt irəli sürməməlidir”
Erməni nazir: “Rəsmi İrəvan Türkiyə-Ermənistan münasibətlərinin normallaşmasını Dağlıq Qarabağ problemiylə əlaqələndirməyəcək”
“Türkiyə tərəfi yaxşı anlayır ki, İrəvan Türkiyə-Ermənistan münasibətlərinin normallaşmasını Dağlıq Qarabağ problemiylə əlaqələndirmir və əlaqələndirməyəcək”.
Lent.az-ın “Panarmenian saytına istinadən verdiyi xəbərə görə, bunu Ermənistanın xarici işlər naziri Edvard Nalbəndyan Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın son bəyanatına cavab olaraq söyləyib.
Edvard Nalbəndyan bildirib ki, Türkiyə-Ermənistan münasibətlərinin normallaşmasını Dağlıq Qarabağ problemi ilə bağlamaq hər iki məsələ ilə bağlı razılaşmaları məhv etmək deməkdir: “Bu mövqeni çoxlu ölkə, o cümlədən ATƏT-in Minsk qrupuna həmsədrlik edən dövlətlər də bölüşür. Türkiyə-Ermənistan münasibətlərinin normallaşdırılmasıyla bağlı hər hansı şərt irəli sürülməməlidir”.
Ermənistanın xarici işlər naziri qeyd edib ki, Türkiyəylə bu mövqe əsasında danışıqlara başlayıblar və müvafiq razılığa gəliblər. Onun sözlərinə görə, bu razılaşma protokollarda əksini tapıb.
Edvard Nalbəndyan deyib ki, Türkiyə hakimiyyətinin razılaşmaları əks etdirən protokolları imzalamaqla bağlı problemi var: “Sənədləri imzalamaq və ratifikasiya etmək çətin prosesdir. Ermənistan irəliləyişi əks etdirən razılaşmaya hörmət etməyə hazırdır. Əgər Türkiyə hələ Osmanlı imperiyasında törədilən “erməni soyqırımı”nı tanımağa hazır deyilsə, ən azı bu “genosid”i yaşayanlara və onların yaxınlarına hörmət etməyə borcludur”.
Xatırladaq ki, ötən gün baş nazir Rəcəb Tayyib Ərdoğan növbəti dəfə Qarabağ problemi həllini tapmadan Türkiyə-Ermənistan sərhədlərinin açılmayacağını bəyanlayıb.

422