Ərdoğan canlı yayında ağladı
Türkiyənin baş naziri Rəcəb Tayyib ərdoğan telekanallardan birinin canlı yayınlanan proqramında ağlayıb.
Lent.az-ın Türkiyə mətbuatına istinadən xəbərinə görə, ATV telekanalında canlı yayınlanan “Başbakan ile Özel” adlı proqrama qatılan Ərdoğan öz səsi ilə verilən bir şeirin səsləndirildiyi dəqiqələrdə göz yaşlarını saxlaya bilməyib.
Ərdoğanı ağladan isə şair Ərdəm Bəyazitin “Sana bana vatanıma ve ülkemin insanlarına dair” şeirə çəkilmiş klip olub. Klipdə baş nazirin səsindən verilən “Kadınlar bilirim ülkeme ait, Yürekleri Akdeniz gibi geniş, soluğu Afrika gibi sıcak, Göğüsleri Çukurova gibi münbit, Dağ gibi otururlar evlerinde, Limanlar gemileri nasıl beklerse, Öyle beklerler erkeklerini...” misraları onun özünü belə ağladıb. Hisslərini gizlədə bilməyən Ərdoğan göz yaşlarını salfetlə silib. Proqramın sonunda isə o, çox sevdiyi “Beraber yürüdük biz bu yollarda” mahnısını oxuyub.

464