Bakıda Xomeyniyə rəhmət oxundu
18 sentyabr 2009 19:00 (UTC +04:00)

Bakıda Xomeyniyə rəhmət oxundu

“Qüds günü” və Qarabağın işğalına həsr olunmuş tədbir keçirilib


Bu gün Azərbaycan Ziyalılar Hərəkatının (AZH) təşkilatçılığı il “Qüds günü”nə, həmçinin Qarabağın işğalına həsr olunmuş tədbir keçirildi.

Lent-.az-ın müxbirinin verdiyi məlumata görə, AZH sədri Eldəniz Quliyev deyib ki, bu gün hər bir mütərəqqi düşüncəli insan millətindən, dinindən və irqindən asılı olmayaraq, təcavüzkar siyasətə qarşı mübarizəyə qalxmalıdır.

Eldəniz Quliyev çıxışında İsrail dövlətini tənqid edib: “Biz müharibə dəhşətlərinə sinə gərmişik, təcavüzün, işğal kabusunun nə olduğunu bilirik. Bu gün “Beytül-Müqəddəs” əsarətdədir, Qarabağ işğal altındadır. İraqda, Əfqanıstanda, Fələstində hələ də məzlum insanların qanı axıdılır. Biz buna qarşı öz etiraz səsimizi ucaltmalı və bu “doydum” deməyən təpəgözə “dur” deməyi bacarmalıyıq”.

Tədbirdə Azərbaycan İslam Partiyasının sabiq sədri Hacıağa Nuri də çıxış edib. O bildirib ki, Allah imam Xomeyniyə rəhmət eləsin: “İmam Xomeyni hələ sağlığında demişdi ki, qara günlər Əfqanıstanı Azərbaycanı da gözləyir. Onun da dediyi oldu”.

İslam Demokrat Partiyasının sədri Hacı Tahir Abbaslı deyib ki, bu tədbiri keçirmək yaxşı işdir, amma oturub danışmaqla iş bitmir: “Nə isə hərəkət etmək lazımdır. Lazımdırsa, camaatın evinə də gedək”.

Tədbirdəki digər çıxışçılar da İsraili və ABŞ-ı kəskin tənqid ediblər. Sonda bəyanat qəbul olunub.


Pərvin Abbasov
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 640

Oxşar yazılar