Müşfiq Əmirov: “Nazirliklərin mətbuat xidmətləri “reket” mətbuatla mübarizədə Mətbuat Şurasına dəstək versin”
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin mətbuat xidmətinin rəhbəri təşəbbüslə çıxış etdi
Mətbuat Şurasının “reket” mətbuatla bağlı gördüyü işlər dövlət qurumlarının mətbuat xidmətləri tərəfindən də razılıqla qarşılanır.
Bu barədə Lent.az-a açıqlama verən Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin mətbuat xidmətinin rəhbəri Müşfiq Əmirov dedi ki, Mətbuat Şurasının bu sahədə gördüyü işləri nazirliklərin mətbuat xidmətinin rəhbərləri kimi onlar da öz fəaliyyətlərində hiss edirlər.
Müşfiq Əmirov bununla bağlı maraqlı bir təşəbbüslə də çıxış etdi və nazirliklərin mətbuat xidmətlərinin rəhbərlərini bu işdə daha fəal olmağa və Mətbuat Şurasının gördüyü işlərə dəstək verməyə çağırdı: “Adətən, “reket” mətbuat orqanının əməkdaşları ən çox bizim çalışdığımız təşkilatlara üz tutur, reketliklə məşğul olmağa çalışırlar. Nazirliklərin, dövlət qurumlarının mətbuat xidmətlərinin rəhbərləri mütəmadi olaraq bu barədə Mətbuat Şurasını məlumatlandıra bilər”.
O hesab edir ki, nazirliklərin, dövlət qurumlarının mətbuat xidmətlərinin bu dəstəyi Mətbuat Şurasının “reket” mətbuatla mübarizə sahəsində gördüyü işlərə müsbət mənada ciddi təsir göstərəcək.

Oxşar yazılar

İşğal zamanı əsirlikdə işgəncələrə məruz qalmış şəxslər ifadə verdilər
10 iyul 2025 , 22:45
Sülh gündəliyi Azərbaycanın liderliyi ilə irəliləyir
10 iyul 2025 , 17:29
İlham Əliyevlə Paşinyanın görüşünün nəticəsi məlum oldu
10 iyul 2025 , 14:35
Azərbaycan və Ermənistan rəhbərliyi ilk dəfə vasitəçisiz görüşdü - VİDEO - YENİLƏNİB
10 iyul 2025 , 14:02
Azərbaycanla Ermənistan arasında vasitəçisiz danışıqlar - Tarixi Əbu-Dabi görüşü
10 iyul 2025 , 12:53
İlham Əliyev sabah Paşinyanla görüşəcək
9 iyul 2025 , 12:13
Ərdoğan Rusiya və Azərbaycan arasındakı gərginlikdən DANIŞDI
5 iyul 2025 , 14:35