Azərbaycan Ermənistana rəsmi dəvət göndərib
18 sentyabr 2009 13:00 (UTC +04:00)

Azərbaycan Ermənistana rəsmi dəvət göndərib

Ermənilər QDİƏT ölkələri fövqəladə hallar nazirlərinin Bakı toplantısına qatılmayıblar


Ermənistana Bakıda keçirilən Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına (QDİƏT) üzv ölkələrin fövqəladə hallar nazirləri və müvafiq qurumların rəhbərlərinin toplantısında iştirak üçün dəvət göndərilsə də, onlar tədbirə qatılmayıblar.

APA-nın xəbərinə görə, bunu QDİƏT sədrinin nümayəndəsi, Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) departament rəhbəri Altay Əfəndiyev bildirib. Onun sözlərinə görə, Ermənistana dəvət Azərbaycan XİN xətti ilə göndərilib: “Ermənilərin iclasa hansı səbəbdən gəlmədiyi məlum deyil. Onlar bununla bağlı rəsmi məlumat verməyiblər. Ermənistanın bu tədbirdə iştirakı lazım idi. Biz onlara heç bir qadağa qoymamışıq. Gəlib iştirak edə bilərdilər”.

Qeyd olunub ki, Ermənistanla yanaşı, Albaniya nümayəndələri də tədbirə qatılmayıblar.

Xatırladaq ki, Ermənistan tərəfi tədbirə rəsmi dəvət almadığını bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 491

Oxşar yazılar