Piket olmadı, qətnamə isə səfirliyə çatdı
15 sentyabr 2009 14:00 (UTC +04:00)

Piket olmadı, qətnamə isə səfirliyə çatdı

BAXCP Türkiyə səfirliyi qarşısında razılaşdırılmamış piketi türk əsgərinin abidəsini ziyarətlə əvəzlədi

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) Türkiyə-Ermənistan münasibətlərinin tənzimlənməsilə bağlı imzalanması və ratifikasiyası nəzərdə tutulan protokollara etiraz əlaməti olaraq bu günə planlaşdırılan piketi təxirə salıb. Buna səbəb Bakı Şəhər İcra Hakimiyyətinin Türkiyənin ölkəmizdəki səfirliyi səfirliyi qarşısında planlaşdırdığı piketə icazə verməməsi olub.

Bununla belə, partiyanın mətbuat xidmətindən Lent.az-a bildiriblər ki, piketin qətnaməsi səfirliyə təqdim olunub. Belə ki, BAXCP sədri Qüdrət Həsənquliyev və partiyanın 50-dən çox üzvü bu gün səhər Şəhidlər Xiyabanın yaxınlığında türk əsgərlərinin abidəsini ziyarət ediblər. Burada 91 il əvvəl Bakının azad edilməsində iştirak etmiş bütün şəhidlərin, o cümlədən türk əsgərlərinin şərəfinə dualar oxunub.

Daha sonra partiyanın sədr müavini Niyaməddin Orduxanlı təxirə salınmış piketin qətnaməsini Türkiyənin Bakıdakı səfirliyinə təqdim edib. Qətnamədə işğalçı Ermənistanla əlaqələrin qurulması, sərhədlərin açılmasının bağışlanmaz səhv olduğu qeyd olunur.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 463

Oxşar yazılar