“Amerikanı türklər kəşf edib”
Amerikalı tədqiqatı dünyadakı insanların əcdadlarının türklər olduğunu iddia edir
Amerikalı tədqiqatçı, 65 il tədqiqat aparmış Ceyn Matlok “Ey dünya insanları, hamınız türksünüz!” adlı kitabında dünyada yaşayan insanların, o cümlədən peyğəmbərlərin hamısının türk əsilli olduğunu iddia edir.
Lent.az-ın xəbərinə görə, bu barədə araşdırmaçı Türkiyə mətbuatına açıqlama verib.
81 yaşlı araşdırmaçı bildirib ki, dünyada insan övladının ilk dəfə türkcə danışıb, elm, fəlsəfə və dinin də yaradıcıları türklərdir. O, 65 illik tədqiqatı zamanı dini təsəvvürlər, mifologiya, mədəniyyət və s. sahələrdə əldə olunan məlumatları təhlil etməklə bu qənaətə gəldiyini vurğulayıb.
Alimin fikrincə, peyğəmbərlərin hamısının adı da eyni kökdən gəlir. Digər tərəfdən, İngiltərədə, Fransada insan və yer adlarında çoxlu sayda türk sözünə rast gəlmək mümkündür. Finlandiyada belə “Kırkpinar” adlanan yer var. Urdu dilində belə türk sözləri minlərlədir. Hindlilərin müqəddəs “Mahabharata” kitabı da əslində türklərin tarixindən bəhs edir. Yunanların böyük tanrısı Zevsin də adı türkcədir.
O qeyd edib ki, Romanın qurucusu sayılan etrusklar də türklərdir. Onların DNT-ləri türklərin DNT-ləri ilə 97 faiz üst-üstə düşür. Amerikadakı hinduların isə özləri türk olduqlarını söyləyirlər.
Araşdırmaçı onu da deyib ki, Amerikadakı yerli xalqlar, hindular, meksikalılar bu nəzəriyyəni qəbul edirlər, ancaq ingilislərin bu versiya çox xoşuna gəlmir.
O, Amerika qitəsində bir çox yer adının da türkcə olduğunu xatırladıb. Araşdırmaçı vurğulayıb ki, bu, Amerika qitəsini ispanlar deyil, türklər tərəfindən kəşf olunduğunu göstərir.

724