Türkiyə Naxçıvana yeni baş konsul təyin edib
14 sentyabr 2009 14:30 (UTC +04:00)

Türkiyə Naxçıvana yeni baş konsul təyin edib

Türkiyə Respublikası Naxçıvan Muxtar Respublikasına (NMR) yeni baş konsul təyin edib. Konsulluqdan Lent.az-a verilən məlumata görə, əvvəlki baş konsul Mehmet Bilir diplomatik missiyasını artıq başa vurub. Səfir bundan sonra Fransanın Lion şəhərində Türkiyənin baş konsulu kimi çalışacaq.

Yeni baş konsul Ayhan Enginar əvvəllər Türkiyə XİN-də çalışıb. O, vəzifəsinin icrasına sabahdan başlayacaq.

Sabiq baş konsul Mehmet Bilir Naxçıvan MR-də diplomatik missiyasına 2007-ci ilin sentyabr ayından başlayıb.

Fariz YUNİSLİ
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 478

Oxşar yazılar