Azərbaycan prezidenti Qazaxıstana getdi
11 sentyabr 2009 16:00 (UTC +04:00)

Azərbaycan prezidenti Qazaxıstana getdi

Azərbaycan prezidenti İlham Əliyev sentyabrın 11-də Qazaxıstana səfərə yola düşüb.

Lent.az-ın Prezidentin mətbuat xidmətinə istinadən məlumatına görə, dövlət başçısını Heydər Əliyev Beynəlxalq Hava Limanında baş nazir Artur Rasizadə, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev və Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov yola salıblar.

Səfərin məqsədi MDB-yə daxil olan Xəzəryanı dövlət başçılarının Aktauda keçiriləcək qeyri-rəsmi sammitində iştirak etməkdir. Səfər çərçivəsində Azərbaycan prezidentinin rusiyalı həmkarı Dmitri Medvedyevlə ikitərəfli görüşü də nəzərdə tutulub.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 486

Oxşar yazılar