Türk jurnalistlərdən Azərbaycan əleyhinə addım
11 sentyabr 2009 13:00 (UTC +04:00)

Türk jurnalistlərdən Azərbaycan əleyhinə addım

Onlar “DQR”in müstəqilliyini tanıdıqlarını imzalarıyla təsdiqləyiblər


Sentyabrın 9-da Türkiyənin özəl telekanallarından birinin və “Milliyet” qəzetinin əməkdaşları Xankəndinə səfər ediblər.

Lent.az-ın verdiyi xəbərə görə, bu barədə Ermənistanın “panarmenian” saytı məlumat yayıb.

Məlumatda qeyd olunur ki, hər iki jurnalist Xankəndinə İrəvandan keçməklə gəlib və qondarma “DQR”in “Xarici İşlər Nazirliyi”ndə akkreditasiya olub.

“Panarmenian” vurğulayıb ki, jurnalistlər Xankəndinə gəlmək üçün bütün zəruri sənədləri imzalayıblar. Sənədlərdə Xankəndinə gələn şəxsin “DQR”in müstəqilliyini tanıdığı barədə maddə də var.

Sayt yazır ki, türk jurnalistlər həmin sənədləri könüllü imzalayıblar. Jurnalistlər “DQR”in “xarici işlər naziri” Georgi Petrosyandan və yerli sakinlərdən müsahibələr götürüblər.

Lent.az məlumatı dəqiqləşdirmək üçün “Milliyet”in İstanbuldakı baş ofisi ilə əlaqə saxlayıb. Redaksiyadan qəzetin xanım əməkdaşının İrəvan və Xankəndinə səfər etdiyini təsdiqləyiblər. Qəzetdən bildiriblər ki, həmin əməkdaş təyyarədə olduğundan onla əlaqə saxlamaq və sözügedən sənədi imzalayıb imzalamadığını dəqiqləşdirmək mümkün olmayıb. Məsələni xanım jurnalistlə dəqiqləşdirəndən sonra bu barədə Lent.az-a məlumat veriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 389

Oxşar yazılar