Davudoğlu erməni protokolu turuna çıxır
11 sentyabr 2009 11:00 (UTC +04:00)

Davudoğlu erməni protokolu turuna çıxır

CHP və MHP-nin qapısı döyüləcək
Türkiyə və Ermənistanın hökumətlərinin razılaşdırdığı, 6 həftədən sonra imzalanaraq parlamentin müzakirəsinə çıxarmağı planlaşdırdığı protokollarla bağlı Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu siyasi partiya liderlərindən görüş üçün vaxt istəyib. Bu protokollar Ermənistanla diplomatik münasibətlərin qurulmasını və sərhədlərin açılmasını nəzərdə tutur.
Lent.az-ın Türkiyənin NTV telekanalına istinadən verdiyi məlumata görə, imzalanmış protokolların qüvvəyə minməsi üçün parlamentdə qəbul olunması lazımdır.
Xatırladaq ki, CHP sədri Dəniz Baykal və MHP sədri Dövlət Bağçalı partiyalarının millət vəkillərinin bu protokollara səs verməyəcəklərini bəyan ediblər.
Əhməd Davudoğlunun parlamentin sədri Mehmet Ali Şahinlə də görüşü nəzərdə tutulub.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 416

Oxşar yazılar