Davudoğlu 5 erməni əsgərinin ölməsinə təəssüflənir
11 sentyabr 2009 10:45 (UTC +04:00)

Davudoğlu 5 erməni əsgərinin ölməsinə təəssüflənir

“Elmar Məmmədyarovla telefonla danışmışam”

Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu dünən səhər saatlarında Ağdam istiqamətində hücuma keçən və 5 hərbiçisini itirən Ermənistan Ordusunun atəşkəs rejimini pozması ilə bağlı olaya bu gün münasibət bildirib.

Lent.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Davud Əhmədoğlu belə bir olayın təkrar yaşanmamasına ümid etdiklərini deyib. Davudoğlu İordaniyaya səfəri zamanı azərbaycanlı həmkarı Elmar Məmmədyarovla telefonla danışdığını da jurnalistlərə söyləyib.

O bildirib ki, Elmar Məmmədyarov döyüşlə bağlı bütün detalları ona açıqlayıb: “Bu, bizi üzən bir hadisədir. Keçmişdə təmas xəttində belə hallar olub. Ancaq bu, günümüzə xas olan bir olay deyil. Biz Qafqazı savaşlar və gərginlik bölgəsi olmaqdan qurtarmaq istəyirik. Bütün səylərimiz bölgədə davamlı sülhün təmin edilməsinə yönəlib”.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 390

Oxşar yazılar