Ərdoğana Azərbaycanda verdiyi vəd xatırladıldı
Mehmet Şandır: “Azərbaycan parlamentində Ermənistan işğalı bitməyənə qədər sərhədlərin açılmayacağını söz vermişdi...”
Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının parlament qrupunun rəhbəri Mehmet Şandır baş nazir Rəcəb Tayyib Ərdoğanı sözünün üstündə durmağa dəvət edib.
Lent.az-ın “Hürriyet” qəzetinə istinadən verdiyi xəbərə görə, türk jurnalistlərin suallarını cavablandıran Mehmet Şandır deyib ki, baş nazir Azərbaycan Milli Məclisində çıxışı zamanı Dağlıq Qarabağ da daxil, Azərbaycan torpaqlarında Ermənistan işğalı bitməyənə qədər sərhədlərin açılmayacağı barədə söz verib.
Mehmet Şandır vurğulayıb ki, əgər Rəcəb Tayyib Ərdoğan o zaman həqiqəti söyləyibsə, indi etdikləri yanlışdır: “Bu da Türkiyə dövlətinin baş nazirinə yaraşmaz. Hökuməti türk millətinə verdiyi sözlərə əməl etməyə dəvət edirik. Yanlış addımlardan geri dönmək lazımdır. Əks halda, baş nazir Azərbaycan və Türkiyə xalqını aldatmış olur”.

567