Nalbəndyan Ermənistanın planlarını açıqladı
03 sentyabr 2009 13:00 (UTC +04:00)

Nalbəndyan Ermənistanın planlarını açıqladı

Ermənistanın xarici işlər naziri Edvard Nalbəndyan bu gün keçirdiyi mətbuat konfransında nikbin bəyanatlar səsləndirib.

Lent.az-ın Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, xarici işlər naziri deyib ki, Türkiyə ilə münasibətlərin normallaşacağı, sərhədlərin açılacağı halda Ermənistan bölgədəki bütün beynəlxalq layihələrə qoşulmağa çalışacaq.

Edvard Nalbəndyan iddia edib ki, əgər bölgədə dəyişiklik baş verərsə, bunun Azərbaycan üçün də müsbət əhəmiyyəti olacaq.

Qeyd edək ki, hazırda bölgədəki əsas beynəlxalq layihələr Bakı-Tiflis-Ceyhan neft boru kəməri, Bakı-Tiflis-Qars dəmir yolu, Bakı-Tiflis-Ərzurum qaz kəməri, o cümlədən çəkilməsi nəzərdə tutulan “Nabucco” qaz kəməridir.

Qeyd edək ki, bu gün Türkiyə-Ermənistan münasibətlərindəki yaxınlaşma prosesinə etiraz edən Daşnaksütun Partiyası Ermənistan Xarici İşlər Nazirliyinin binası qarşısında kütləvi aksiya keçirib. Aksiyaya 1000 nəfərə yaxın insan qatılıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1579

Oxşar yazılar