Ümid Partiyası bələdiyyə namizədlərinin siyahısını sentyabrın 1-də açıqlayacaq
Bu gün Ümid Partiyasının Rəyasət Heyətinin növbəti iclası keçirilib.
Lent.azın Ümid Partiyasının mətbuat xidmətinə istinadən yaydığı məlumata görə, partiya sədri İqbal Ağazadə qarşıdan gələn bələdiyyə seçkilərində Qarabağ və Respublika Uğrunda Vətəndaş Hərəkatına daxil olan digər siyasi təşkilatlarla birgə iştirak edəcəklərini və bu müttəfiqlik çərçivəsində üzərinə düşən bütün öhdəliklərə əməl edəcəklərini söyləyib.
Ümid Partiyasının Rəyasət Heyətinin iclasında partiyanın 2009-cu il bələdiyyə seçkilərində iştirak edəcək bütün namizədlərinin tam siyahısının sentyabr ayının 1-nə qədər yekunlaşdırılması barədə də qərar verilib.
Rəyasət Heyətinin iclasında partiyanın seçkilərə Qarabağ və Respublika Uğrunda Vətəndaş Hərəkatına daxil olan siyasi təşkilatlarla qatılması səbəbindən bələdiyyəyə namizədlərinin sayının bir qədər azaldılması da qərara alınıb.

673