Metyu Brayza iddialara cavab verdi
“ABŞ diplomatı olaraq danışıqlar prosesində manevr etmək üçün kifayət qədər imkanım vardı”
ATƏT-in Minsk Qrupunun həmsədri vəzifəsindən getməyə hazırlaşan ABŞ dövlət katibinin müavininin müşaviri Metyu Brayza Azərbaycan və Ermənistan cəmiyyətlərində həmsədrlərin sırf öz dövlətlərinin siyasətini yerinə yetirməsi və bu çərçivədən kənara çıxmağa icazə verilmədiyi, manevr etmək üçün yer qoyulmadığı barədə gəzən şiələrə münasibət bildirib.
M. Brayza APA-nın ABŞ bürosuna açıqlamasında deyib ki, hansısa uzaq mexanizm ona nə etməyi diktə etməyib: “Ən azı Birləşmiş Ştatlardan olan diplomat manevr etmək üçün bir çox imkanlara malikdir. Mənim vəzifəmdə bu, olduqca əhəmiyyətli idi. Çünki mən yalnız Minsk Qrupunda göstərdiyimiz səylərə görə deyil, həmçinin bizim Cənubi Qafqaz, habelə Türkiyə, Yunanıstan, Kiprlə bağlı ümumi siyasətimiz, Avropadakı enerji məsələsinə görə də məsuliyyət daşıyıram. Tam əminliklə deyə bilərəm ki, hər hansı uzaq mexanizmin ABŞ siyasətinin nədən ibarət olmasını mənə söylədiyini hiss etmədim və bu siyasəti həyata keçirmək üçün çox məhdud bir kanal vasitəsilə fəaliyyət göstərmədim. Çünki ümumi siyasətin, göstərilən səylərin tam mərkəzində olmuşam. Mən qismən də olsa, bu siyasətə görə məsuliyyət daşıyıram ”.
M. Brayza həmsədr vəzifəsində olduğu dövrdə apardığı danışıqların Azərbaycan və Ermənistanın daxili siyasi məqamlarından asılı olmadığını söyləyib: “Apardığımız danışıqlar hər hansı yerli siyasi məqamlardan asılı olmayıb. Biz bütün tərəflərə qarşı ədalətli və sərt mövqedə olmuşuq. Biz Azərbaycan və Ermənistanı hər bir müraciətdə konstruktiv olmağa çağırmışıq. Biz onlara heç bir təzyiq göstərməmişik, çünki bu düzgün deyil. Biz vasitəçilərik. Biz onları ruhlandırmağa çalışmışıq və mən hətta deyərdim ki, son üç il ərzində birgə komanda olaraq tərəflərə köklü dəyişikliklərin edilməsi sahəsində irəliləyişə yardım etmək üçün ən yüksək yaradıcılıq imkanlarımızdan istifadə etmişik. Beləliklə, Minsk Qrupu hər iki prezidentin uzunmüddətli sülhə nail olmaq məqsədilə struktur razılaşmanı tamamlamağa imkan verən böyük nailiyyətə yardım edib və mən bununla həqiqətən də fəxr edirəm. Öz həmkarlarıma nümayiş etdirdikləri birgə komanda işinə, konstruktivliyə və yaradıcılıq potensiallarına görə minnətdarlığımı bildirirəm. Əgər insanlar arasında yüksək yaradıcılıq potensialı və şəxsi etibar yoxdursa, bu zaman razılıq əldə etmək üçün də heç bir həll variantı olmur”.

881