Milli Məclis Aparatının şöbə müdirindən sensasion iddia
14 avqust 2009 15:15 (UTC +04:00)

Milli Məclis Aparatının şöbə müdirindən sensasion iddia

Gənclər və İdman Nazirliyi, “İrəli” İctimai Birliyi, Gənclər Təşkilatlarının Milli Şurasının təşkilatçılığı ilə Azərbaycanın Qazax rayonunda keçirilən “Gənc Liderlər üçün Yay Universiteti”ndə “İnsan haqları günü” çərçivəsində Milli Məclis Aparatının dövlət quruculuğu şöbəsinin müdiri Lətif Hüseynovla görüş keçirilib.

APA-nın məlumatına görə, diskussiya şəklində keçirilən görüşdə L.Hüseynov xaricdə dini təhsil alanların Azərbaycanda axund və digər mühüm dini postlar tutmasında qoyulan məhdudiyyətə münasibət bildirib: “Milli təhlükəsizlik baxımından müəyyən məhdudiyyət yarana bilər. Bütün insanları xaricə getdiyinə görə casus kimi qəbul etmək insan hüquqlarında qəbul oluna bilməz. Amma bəllidir ki, Səudiyyə Ərəbistanında dini təhsil alanlara pul verilir və ölkəsində onların maraqlarına xidmətə cəlb olunur”.
L.Hüseynov seçki qanunvericiliyi ilə də danışıb: “Venesiya Komissiyası da Azərbaycanın seçki qanunvericiliyini müsbət dəyərləndirib. Həmin qurum da hesab edir ki, bu seçki qanunvericiliyi demokratik, beynəlxalq səviyyədə seçki keçirməyə imkan verir”.
Görüşdə yaşamaq, cinayət, əmək hüququ, beynəlxalq qanunvericilik və dövlət quruculuğundan da söz açılıb.
Qeyd edək ki, avqustun 8-dən 17-dək Qazaxda yerləşən Milli Olimpiya Kompleksində həyata keçirilən “Gənc Liderlər üçün Yay Universiteti”ndə müxtəlif qurum və təşkilatları, sosial təbəqələri təmsil edən 130 gənc iştirak edir. Universitetdə gənclər üçün ritorika və natiqlik bacarıqları, liderlik təlimləri, işgüzar etiket, layihələrin yazılması və idarə olunması, insan hüquqları, şəbəkələşmə, müasir internet texnologiyaları mövzusunda təlimlər, XX əsr Azərbaycan tarixi və azərbaycançılıq ideyası haqqında mühazirələr keçirilir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 696

Oxşar yazılar