“İranın Bakıdakı səfirliyi???”
14 avqust 2009 13:15 (UTC +04:00)

“İranın Bakıdakı səfirliyi???”

Əli Hüseynovdan İran diplomatlarına mesaj



“İranın Azərbaycandakı səfirliyinin binası qarşısındakı lövhədə “İranın Bakıdakı səfirliyi” yazılmasına diqqət yetirməmişəm. Bunu İran diplomatlarının bu məsələdə bilməməzliyi kimi qiymətləndirmirəm”. APA-nın məlumatına görə, bu açıqlama ilə Azərbaycan Milli Məclisinin Dövlət quruculuğu və hüquq siyasəti komitəsinin sədri Əli Hüseynov çıxış edib.

Ə.Hüseynov Azərbaycan Gənclər və İdman Nazirliyi, “İrəli” İctimai Birliyi, Gənclər Təşkilatlarının Milli Şurasının təşkilatçılığı ilə Azərbaycanın Qazax rayonunda keçirilən “Gənc Liderlər üçün Yay Universiteti” iştirakçılarının suallarını cavablandırarkən qeyd edib ki, Azərbaycan-İran parlamentlərarası dostluq qrupu məsələ ilə bağlı Milli Məclis adından həmin səfirliyə və ya İrandakı həmkarlarına müraciət edə bilər.


Qeyd edək ki, avqustun 8-dən 17-dək Qazaxda yerləşən Milli Olimpiya Kompleksində həyata keçirilən “Gənc Liderlər üçün Yay Universiteti”ndə müxtəlif qurum və təşkilatları, sosial təbəqələri təmsil edən 130 gənc iştirak edir. Universitetdə gənclər üçün ritorika və natiqlik bacarıqları, liderlik təlimləri, işgüzar etiket, layihələrin yazılması və idarə olunması, insan hüquqları, şəbəkələşmə, müasir internet texnologiyaları mövzusunda təlimlər, XX əsr Azərbaycan tarixi və azərbaycançılıq ideyası haqqında mühazirələr keçirilir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 480

Oxşar yazılar