Azərbaycan və Latviya prezidentlərinin görüşü keçirilib
10 avqust 2009 13:00 (UTC +04:00)

Azərbaycan və Latviya prezidentlərinin görüşü keçirilib

Azərbaycan Respublikasına rəsmi səfərə gələn Latviya Respublikasının Prezidenti Valdis Zatlersin avqustun 10-da rəsmi qarşılanma mərasimi olub.

Azərbaycan Prezidentinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Latviya Prezidenti Valdis Zatlersi və xanımı Lilita Zatlereni səmimiyyətlə qarşılayıblar.

Qarşılanma mərasimindən sonar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və xanımı Mehriban Əliyevanın Latviya Respublikasının Prezidenti Valdis Zatlers və xanımı Lilita Zatlere ilə birgə görüşü olub.

Sonra Azərbaycan Prezidenti İlham Əliyevin və Latviya Prezidenti Valdis Zatlersin təkbətək görüşü keçirilib.

Görüşdə dövlət başçıları ölkələrimiz arasında əlaqələrin siyasi, iqtisadi və digər sahələrdə inkişafından məmnunluqlarını ifadə ediblər. Yüksək səviyyədə həyata keçirilən qarşılıqlı səfərlərin ikitərəfli münasibətlərin genişlənməsinə töhfə verdiyi vurğulanıb. Azərbaycan ilə Latviya arasında əlaqələrin daha da dərinləşməsi üçün geniş potensialın olduğu bildirilib və əlaqələrimizin bundan sonra da möhkəmlənəcəyinə əminlik ifadə olunub.

Görüşdə ikitərəfli münasibətlər, regional və beynəlxalq məsələlər barədə fikir mübadiləsi aparılıb.

Təkbətək görüş başa çatdıqdan sonra Azərbaycan Prezidenti İlham Əliyevin və Latviya Prezidenti Valdis Zatlersin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü olub.

Dövlət başçıları görüşdə çıxış ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 694

Oxşar yazılar