Rasim Əkbərov yeni təşkilat yaradır
Sabiq məhkumun yaradacağı qurumun adı Qarabağ Azadlıq Ordusu olacaq
Birinci Qarabağ müharibəsinin iştirakçıları Qarabağ Azadlıq Ordusu adlı partizan dəstəsi yaradıb. Bu barədə məlumatı redaksiyamıza verən mənbənin sözlərinə görə, yaranan partizan dəstəsinə sabiq briqada komandiri, ötən il azadlığa buraxılan Milli Qəhrəman Rasim Əkbərov rəhbərlik edir.
Mənbənin sözlərinə görə, bu təşəbbüs Qarabağ döyüşlərinin iştirakçılarından gəlib. Xəbəri dəqiqləşdirmək üçün Rasim Əkbərovun özü ilə əlaqə saxladıq. Mili qəhrəman məlumatı təsdiq etdi: «Qarabağ Azadlıq Ordusunun yaradılması təşəbbüsü keçmiş döyüşçülərə məxsusdur. Bir qrup vətənpərvər döyüşçü mənə müraciət edərək belə bir dəstənin yaradılmasını təklif edib. Səhhətim imkan vermədiyi üçün uzun müddət niyyətimizi həyata keçirə bilmədik. İndi bir qədər yaxşıyam və təşkilatı formalaşdırırıq".
R.Əkbərov yaradılan təşkilat haqqında ətraflı məlumat verməkdən imtina etdi: «Azərbaycan xalqı və vətənpərvərlər Qarabağ ətrafında baş verən proseslərin millətimizin mənafelərinə zidd olduğunun fərqindədir. Biz danışıqlar masası ətrafında Qarabağın düşmənə verilməsini seyr edə bilmərik. Ona görə qərara aldıq ki, partizan hərəkatına başlayaq. Qarabağ Azadlıq Ordusu Azərbaycan ordusunun bir hissəsidir. Ümid edirik ki, çox qısa zaman ərzində Qarabağ Azadlıq Ordusu Milli Ordumuzun avanqardına çevriləcək".
Əldə etdiyimiz məlumata görə, Qarabağ Azadlıq Ordusuna zəngin döyüş təcrübəsi olan, ordu sıralarından tərxis edilmiş peşəkar zabitlər də daxil olub. Həmin zabitlərin böyük əksəriyyətinin 1-ci Qarabağ müharibəsi zamanında döyüşən orduda yüksək vəzifələr tutduğu söylənilir.
Sonda onu da qeyd edək ki, Milli Qəhrəman polkovnik -leytenant Rasim Əkbərov N saylı hərbi hissənin komandiri olub. Onun rəhbərlik etdiyi hərbi birləşmə Goranboy istiqamətində gedən döyüşlərdə fərqlənib. R. Əkbərov döyüşlərdə göstərdiyi fərdi qəhrəmanlığına görə Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb. R. Əkbərov 2000-ci il fevralın 8-də dövlət çevrilişinə cəhd maddəsi ilə həbs edilib. O, İlham Əliyevin 26 avqust 2008-ci il tarixində imzaladığı əfv fərmanı ilə azadlığa buraxılıb.

1263