Türk və azərbaycanlı icmalarından Obaya məktub
ABŞ-ın bir sıra türk və azərbaycanlı icmaları prezident Barak Obaya məktub göndərib.
Azərbaycan-Amerika Şurasından APA-ya verilən məlumata görə, məktubda ABŞ administrasiyasının Ermənistan və Azərbaycan arasında ədalətli sülhün əldə olunmasına yönəlik səyləri alqışlanır.
U.S. Azeris Network (USAN), Amerika Türk Assambleyaları Assosiasiyası (ATAA), Azərbaycan-Amerika Şurası (AƏŞ) və digər türk-azərbaycanlı icmaların adından göndərilmiş məktubda bildirilir ki, Rusiya ilə Gürcüstan arasındakı ötən ilki müharibə həll olunmamış münaqişələrin Cənubi Qafqazda sülhə və təhlükəsizliyə təhdid olduğunu göstərib: “Bir qədər əvvəl bir neçə İran məmuru İsrail prezidenti Şimon Peresin Bakıya səfərinə görə Azərbaycanı açıq şəkildə hədələyib. Bundan başqa, 1993-cü ildən Azərbaycan torpaqlarının Ermənistan Silahlı Qüvvələri tərəfindən işğalı nəticəsində 1 milyon azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. BMT Təhlükəsizlik Şurası işğal olunmuş torpaqların dərhal boşaldılması haqqında dörd qətnamə qəbul etsə də, bu günə qədər yerinə yetirilməyib. Bütün bunlar beynəlxalq hüquqa və insan haqlarına əsaslanan davamlı sülhün əldə edilməsinə, Sizin də dediyiniz kimi, Dağlıq Qarabağ münaqişəsinin daimi və uzunmüddətli nizamlanmasına mane olur”.
Məktub müəllifləri qeyd ediblər ki, ABŞ-ın güclü dəstəyi və Rusiyanın daha aktiv iştirakı ilə sülh prosesi Azərbaycan və Ermənistan prezidentlərinin son görüşündə bir qədər impuls verib: “Bundan başqa, ATƏT-in Minsk Qrupunun Amerikadan olan həmsədri danışıqlarda Azərbaycan tərəfinin səmərəli mövqe nümayiş etdirdiyini xüsusi vurğulayıb. Uzunmüddətli və daimi sülh Cənubi Qafqaza böyük pozitiv dəyişikliklər gətirərdi. Azərbaycan-Gürcüstan tərəfdaşlığı nümunə olaraq göstərdi ki, tərəflər regional əməkdaşlığa cəhd edəndə, nə əldə etmək olar. Əgər Ermənistan rəhbərliyi səmərəli praqmatizm nümayiş etdirsə, bu, millətin regionun iqtisadi və demokratik gələcəyinə inteqrasiyasına, xalq üçün sülhün və inkişafın təmin olunmasına səbəb olardı”.

553