Siyasi partiyalar və QHT-lər “Qarabağ Forumu” keçirdilər
04 avqust 2009 15:30 (UTC +04:00)

Siyasi partiyalar və QHT-lər “Qarabağ Forumu” keçirdilər

Vətəndaş Həmrəyliyi Partiyasınnın (VHP) və Norveçdə fəaliyyət göstərən Güney-Quzey Siyasi Araşdırmalar Mərkəzinin təşkilatçılığı ilə “Dağlıq Qarabağ probleminin həllində siyasi partiyaların və QHT-lərin rolu və vəzifələri” mövzusunda elmi-praktik konfrans keçirilib. APA-nın məlumatına görə, tədbirdə siyasi partiyaların təmsilçiləri, millət vəkilləri, ekspertlər və QHT nümayəndələri iştirak edib. VHP sədri Sabir Rüstəmxanlı bildirib ki, Qarabağ problemi ilə bağlı ümumrespublika forumunun keçirilməsinə ehtiyac var: “Yoxsa ayrı-ayrılıqda, kiçik toplantılarla heç nəyə nail olmaq mümkün deyil. Bu gün siyasi partiyalar, QHT-lər bir – birindən ayrı düşüb, xalq olaraq parçalanmışıq. Ortaya çıxan yeni nəsil isə milli məsələlərə biganədir”.
Güney-Quzey Siyasi Araşdırmalar Mərkəzini rəhbəri Yadigar Zəkəriyyə tədbirdə məruzə ilə çıxış edib: “Milli problemlərin həllində xalq tam olaraq iştirak etməlidir”. O müharibənin təbliğinin əleyhinə olduğunu bildirib. Buna baxmayaraq, proseslərə təsir məqsədi ilə Azərbaycanda ordu quruculuğunun, silahlanmanın və səfərbərliyin vacib olduğunu qeyd edib.
Millət vəkili Nəsib Nəsibli isə rəsmi konsepsiyada problemin Ermənistan-Azərbaycan - Dağlıq Qarabağ münaqişəsi adlandırılmasına etiraz edib. Onun sözlərinə görə, bu cür təqdimat Azərbaycanın mövqeyini zəiflətmək məqsədi daşıyır. Ədalət Partiyasının sədri İlyas İsmayılov beynəlxalq təşkilatların, ABŞ-ın erməni separatçılarına maliyyə dəstəyi verdiyini bildirib və onları bu mövqelərinə görə ittiham edib: “ATƏT-in qərarları öhdəlik yaratmır, tövsiyə xarakteri daşıyır. Ona görə də ATƏT bu münaqişəni həll edə bilməz. Problemi ATƏT-ə həvalə etməklə bizi aldadırlar, başımızı qatırlar”.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 634

Oxşar yazılar