ATƏT-in cəbhə xəttində keçirdiyi monitorinq başa çatıb
04 avqust 2009 14:15 (UTC +04:00)

ATƏT-in cəbhə xəttində keçirdiyi monitorinq başa çatıb

Monitorinq insidentsiz ötüşüb

Bu gün ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, Goranboyun Borsunlu kəndi yaxınlığında, qoşunların təmas xəttində monitorinq keçirilib. Monitorinqi Azərbaycan tərəfdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik və onun səhra köməkçisi İrji Aberle, Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazisi sayılan təmas xəttinin qarşı tərəfində isə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri İmre Palatinus və Vladimir Çountulov keçirib.

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik və onun səhra köməkçisi İrji Aberle səhər saat 9 radələrində rayon İcra Hakimiyyəti başcısı Elşən Abbasovla görüşüblər. Rayon İcra Hakimiyyətindən Lent.az-ın Gəncəbasar müxbirinə verilən məlumata görə, burada ATƏT nümayəndələrinə ermənilər tərəfindən mütamadi olaraq atəşkəsin pozulduğu barədə məlumat verilib. Vurğulanıb ki, son bir ayda düşmən qüvvələrinin atəşkəsi pozmasi ilə bağlı 50-dən artıq fakt qeydə alınıb. Ardından ATƏT rəsmiləri təmas xəttinə yollanıb.

Təxminən 2 saata yaxın aparılan müşahidələrdən sonra monitorinq insidentsiz başa çatıb.

Vüsalə Cənnətova
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 908

Oxşar yazılar