Prezident İlham Əliyev Naçıvana səfər edib
03 avqust 2009 17:30 (UTC +04:00)

Prezident İlham Əliyev Naçıvana səfər edib

Azərbaycan Prezidenti İlham Əliyev avqustun 3-də Naxçıvan Muxtar Respublikasına səfərə gəlib.

Prezidentin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, dövlət başçısının şərəfinə Naxçıvan beynəlxalq hava limanında fəxri qarovul dəstəsi düzülüb.

Prezident İlham Əliyevi və xanımı Mehriban Əliyevanı Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov ehtiramla qarşılayıb.

Milli geyimli qızlar Prezident İlham Əliyevə və xanımına gül dəstələri təqdim ediblər.

Dövlət başçısı fəxri qarovul dəstəsinin qarşısından keçib.

Prezident İlham Əliyev Naxçıvan MR-in rəhbər şəxsləri ilə görüşüb.

Sonra Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Heydər Əliyevin Naxçıvan şəhərinin mərkəzindəki abidəsini ziyarət edərək, önünə gül dəstələri qoyublar.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 642

Oxşar yazılar